Velosiped sürən 4 yaşlı uşağı maşın vurdu
![]()
Cəlilabad rayonunda yol qəzası baş verib.
Rubrika.Az Demokrat.az-a istinadən bildirir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, iyulun 13-ü saat 16 radələrində Cəlilabad rayonunun Sabirabad kəndi ərazisində kənd sakini M.Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolun kənarı ilə velosiped sürən 4 yaşlı Yusif Məmmədovu vurub. Uşaq xəstəxanaya aparılarkən yolda ölüb.
Cəlilabad Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Rubrika.Az
Facebook-da paylaş












