Mərdəkan çimərliyində ÖLÜM - 3 yaşlı uşağı maşın vurdu
Xəzər rayonunun Mərdəkan qəsəbəsinin dəniz çimərliyində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, iyulun 25-də saat 17 radələrində Xəzər rayonunun Mərdəkan qəsəbəsinin dəniz çimərliyində Bakı şəhər sakini G.Müslümova "KİA" markalı avtomobili arxaya hərəkət etdirərkən paytaxt sakini - 3 yaşlı Əliağa Mustafayevi vurub.
Nəticədə xəstəxanaya yerləşdirilmiş uşaq orada ölüb.
Rubrika.az
Facebook-da paylaş










