Bakıda avtomobil piyadanı vurdu
![]()
Bakıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Rubrika.Az xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb.
Belə ki, “VAZ-21011” markalı avtomobil Zığ dairəsində yolu keçən 1988-ci il təvəllüdlü Əsədov Famil Fədail oğlunu vurub.
Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.
Faktla bağlı araşdırma aparılır.//Report
Rubrika.Az
Facebook-da paylaş












