Britaniyada koronavirus 45 mindən çox can aldı

Böyük Britaniyada son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 538 yoluxma halı qeydə alınıb, 85 nəfər vəfat edib.
Rubrika.Az-ın xəbərinə görə, bu barədə Britaniya Səhiyyə Departamenti məlumat yayıb.
Bildirilib ki, Britaniyada indiyədək COVID-19-a yoluxanların sayı 291 911 nəfərə çatıb. Virusdan ölənlərin sayı 45 053 nəfərdir.
Rubrika.Az
Facebook-da paylaş













