Düşmən ərazisində Azərbaycanın heç bir ölən və yaralanan hərbi qulluqçusu yoxdur - RƏSMİ
![]()
Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı Ermənistan tərəfinin “ölən və yaralananların götürülməsinə icazə verəcəkləri barədə” dediklərinə cavab verib.
Rubrika.Az-ın məlumatına görə, Müdafiə Nazirliyindən bildirilib ki, erməni xislətinə tam uyğun gələn bu fikirlər həqiqətə uyğun deyil və heç bir əsası yoxdur:
“Bildiririk ki, düşmən ərazisində Azərbaycan Ordusunun heç bir ölən və yaralanan hərbi qulluqçusu yoxdur ki, buna görə də kimdənsə icazə istənilsin”.
Rubrika.Az
Facebook-da paylaş












