Emin Ağalarov ermənilərə çağırış etdi – “Azərbaycan torpaqlarının işğalına son qoyun!”
![]()
Xalq artisti Emin Ağalarov sosial şəbəkə hesabında şəhid olmuş hərbçilərimizin fotolarını paylaşıb.
Sənətçi Ermənistana çağırış edərək təcavüzkar siyasətindən əl çəkməsini istəyib:
"Əziz izləyicilər, Azərbaycan ilə Ermənistan sərhədində münaqişənin kəskinləşməsi ilə əlaqədar vətənini sevən və xalqını dəyərləndirən hər kəs öz vətəndaş mövqeyini və dəstəyini bildirməlidir.Ermənistanı Cənubi Qafqaz bölgəsində sülh və sabitliyi təmin etmək üçün Azərbaycan ərazilərinin işğalına son qoymağa çağırırıq. Hər kəsə yalnız sülh arzulayırıq və həlak olan bütün şəhid və qəhrəmanların ailələrinə başsağlığı veririk".![]()
Rubrika.Az
Facebook-da paylaş












