Braziliyada bir sutkada 23,5 mindən çox insan koronavirusa yoluxub

Braziliyada son sutka ərzində daha 23 min 529 nəfərin koronavirus infeksiyasına yoluxması təsdiqlənib.
Rubrika.az xəbər verir ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 2 milyon 098 min 389 nəfər yoluxub.
Bu müddət ərzində 79 min 488 koronaviruslu xəstə dünyasını dəyişib, son sutkada isə bu rəqəm 716 nəfər olub.
Həmçinin bu günədək 1 milyon 371 min 229 xəstə müalicə olunaraq sağalıb.
Qeyd edək ki, Braziliya COVID-19 infeksiyasına yoluxanların və bu virusdan ölənlərin sayına görə dünyada ikinci yerdədir.
Rubrika.Az
Facebook-da paylaş














