Bugünkü imtahanda 3 nəfərdə telefon aşkarlandı
![]()
Bu gün keçirilən növbəti buraxılış (qəbul) imtahanlarından 3 nəfər xaric olunub.
Rubrika.Az-ın Qafqazinfo-ya istinadən xəbərinə görə, mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə əsasən iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib.
İmtahanlar 10 şəhər və rayonda təşkil olunub. İlkin məlumatlara əsasən, 3 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub.
Qeyd edək ki, iyulun 25-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.
Rubrika.Az
Facebook-da paylaş












