Keçmiş deputat Araz Əlizadə koronavirusa yoluxub
![]()
Keçmiş deputat, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə koronavirusa yoluxub.
Rubrika.Az-ın APA-ya istiadən xəbərinə görə, A.Əlizadə "Yeni klinika"ya yerləşdirilib.
Onun həyat yoldaşı da COVID-19-a yoluxub.
Keçmiş deputatın köməkçisi olmuş Günel Babayeva APA-ya açıqlamasında faktı təsdiqləyib. G. Babayeva bildirib ki, A. Əlizadənin vəziyyəti stabildir, müalicəsi "Yeni klinika"da davam etdirilir. A. Əlizadənin həyat yoldaşının vəziyyəti isə yaxşıdır, sabah evə buraxılması gözlənilir.
Rubrika.Az
Facebook-da paylaş












