Çimərliklər səhər saat 8:00-dan axşam saat 21:00-a kimi fəaliyyətdə olacaq
![]()
cimerlik.az saytında Bakı və Sumqayıt şəhərləri ərazisindəki ümumilikdə 100-dən çox çimərlik barədə məlumat əksini tapıb.
Rubrika.Az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 3-də keçirilən brifinqində söyləyib.
Agentliyin sədrinin sözlərinə görə, çimərliklər səhər saat 8:00-dan axşam saat 21:00-a kimi fəaliyyətdə olacaq.
Rubrika.Az
Facebook-da paylaş











