Ermənistan yeni rəqəmlər açıqladı - Yoluxma sayı 40 minə çatır
![]()
Ermənistanda koronavirusa yoluxanların sayı 39 298 nəfərə çatıb.
Rubrika.Az Yenisabah.az-a istinadən xəbər verir ki, son 24 saat ərzində 196 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 6 nəfərin ölümü qeydə alınıb.
Bu günədək Ermənistanda 768 nəfər koronavirusdan ölüb, 8 158 nəfərin müalicəsi isə davam edir.
Qeyd edək ki, Ermənistanda pandemiya ilə əlaqədar fövqəladə vəziyyət avqustun 12-dək uzadılıb.
Rubrika.Az
Facebook-da paylaş













