“Səbail“in makedoniyalı futbolçu Bakıya gəldi
![]()
"Səbail"in yeni transferi Florian Kadriu Bakıya gəlib.
Rubrika.Az yenisabah.az-a istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Aftandil Hacıyev məlumat verib. 39 yaşlı mütəxəssis bildirib ki, Albaniya əsilli makedoniyalı yarımmüdafiəçi ilə bu gün rəsmi müqavilə imzalanacağı gözlənilir: "Detallar müzakirə olunur. Danışıqlar yekunlaşmaq üzrədir".
Qeyd edək ki, Kadriu Albaniyada "Tirana" və "Teuta", Şimali Makedniyada isə "Şkupi", "Rabotniçki" və "Renova" klublarının formasını geyinib. (Report)
Rubrika.Az
Facebook-da paylaş












