Samir Şərifov: “Neftin 35 dollarlıq qiyməti özünü doğruldacaq”

“Güman edirik ki, dövlət büdcəsindən neftin bir barelinin qiymətinin 35 ABŞ dollarından götürülməsi özünü doğruldacaq”.
Rubrika.Az Report-a istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Maliyyə naziri Samir Şərifov deyib.
“Bir neçə ay bundan öncə neft qiymətləri 12-13 dollara düşmüşdü. Etiraf etmək lazımdır ki, Azərbaycan nefti də ucuzlaşmışdı. Neftin qiyməti ilə bağlı məsələ daima müvafiq qurumlar arasında müzakirə olunur”, - deyə, o qeyd edib.
Rubrika.Az
Facebook-da paylaş










