Bakıda aşan kranın sürücüsü ölüb, bir nəfər yaralanıb - YENİLƏNİB

Bakıda kranın yaşayış binasının üstünə aşması nəticəsində bir nəfər ölüb, bir nəfər isə yaralanıb.
Rubrika.Az xəbər verir ki, şahidlərin “Report”un hadisə yerində olan əməkdaşına verdiyi məlumata görə, ölən şəxsin kranın sürücüsü olduğu bildirilir.
Qeyd edilib ki, hadisə nəticəsində yaralan isə ərazidən keçən şəxslərdən biridir.
Məlumata görə, kranın aşması nəticəsində ərazidə olan 6 avtomobilə ciddi ziyan dəyib.
***
Bakıda kranın yaşayış binasının üstünə aşması nəticəsində bir nəfər ölüb.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, Mövsüm Sənani 29 ünvanında kranın aşması barədə məlumat təcili yardıma saat 14:04 də daxil olub.
Bədbəxt hadisə nəticəsində 1 nəfər ölüb.
Rubrika.Az
Facebook-da paylaş













