Gürcüstanda 218 nəfərdə koronavirus aşkarlandı, 2 nəfər öldü
![]()
Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 218 yoluxma halı qeydə alınıb, 2 nəfər vəfat edib.
Rubrika.Az xəbər verir ki, bu barədə ölkədə koronavirusla mübarizə çərçivəsində yaradılan xüsusi internet saytında məlumat yerləşdirilib.
Məlumata görə, qonşu ölkədə koronavirusa yoluxanların sayı 3 913 nəfərə, ölənlərin sayı isə 22 nəfərə çatıb.
Rubrika.Az
Facebook-da paylaş












