Neftin qiyməti kəskin ucuzlaşır
![]()
Dünya bazarında neftin qiymətində kəskin düşmə tempi qeydə alınır.
Rubrika.Az xəbər verir ki, Bakı vaxtı ilə saat 20:20-ə olan məlumata görə, "Brent" markalı Şimal dəniz neft qatışığının dekabr fyuçerslərinin qiyməti 4,5% azalaraq 40,94 dollar/barel olub.
WTI markalı yüngül neftin noyabr fyuçerslərinin qiyməti isə bir barelə görə 5,12% azalaraq 38,52 dollar təşkil edib. /Report
Rubrika.Az
Facebook-da paylaş













