Neftin qiyməti 68 dollardan aşağı düşüb

Dünya bazarında neftin qiyməti düşməkdə davam edir.
Rubrika.Az “Report”a istinaden xəbər verir ki, London birjasında “Brent” markalı xam neftin yanvar fyuçerslərinin qiyməti Bakı vaxtı ilə saat 19:18-ə olan məlumata görə, 3,39% azalaraq 67,74 dollar/barel olub.
Nyu-York birjasında WTI markalı xam neftin dekabr fyuçerslərinin qiyməti 3,57% geriləyərək 57,79 dollar/barel təşkil edib.
Rubrika.Az
Facebook-da paylaş













