Ermənistanda koronavirusdan ölənlərin sayı 1 000-ə çatır
![]()
Ermənistanda daha 406 nəfərdə koronavirus aşkarlanıb.
Rubrika.Az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 53 083-ə yüksəlib.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 6 nəfər artaraq 990-a çatıb. İndiyədək 44 932 nəfər infeksiyadan sağalıb.
Hazırda Ermənistanda 6 859 aktiv koronavirus xəstəsi var.(report.az)
Rubrika.Az
Facebook-da paylaş














