İranda virus qurbanlarının sayı yenə artdı - Bir gündə 272 ölü
![]()
Son gün ərzində İranda daha 272 nəfər koronavirusdan ölüb.
Rubrika.Az xəbər verir ki, günlük yoluxma sayı isə 4 206 nəfər təşkil edib. Beləliklə ölənlərin sayı 28 816, yoluxanlar isə 504 281 nəfərə çatıb.
Bildirək ki, bu günədək 409 121 koronavirusla xəstə sağalıb. Hazırda İranda 66 344 aktiv COVID-19 daşıyıcısı var ki, onlardan 4 533 nəfərin vəziyyəti ağırdır.
Rubrika.Az
Facebook-da paylaş










