İranda 184 nəfər koronavirusdan öldü
İranda son sutka ərzində 184 nəfər koronavirus səbəbilə həyatını itirib.
Rubrika.Az xəbər verir ki, beləliklə, ölənlərin sayı 18 min 800 nəfər olub.
Yoluxanların sayı isə 2 min 345 nəfər artaraq 331 min 189 nəfərə çatıb. Hazırda 3 min 983 nəfərin vəziyyəti ağır olaraq qiymətləndirilir.
Qeyd edək ki, bugünədək İranda 288 min 620 COVID-19 daşıyıcısı sağalıb.
Rubrika.Az
Facebook-da paylaş











