Ukraynada koronavirusdan daha 73 nəfər öldü
![]()
Ukraynada son sutka ərzində koronavirusdan 73 ölüm hadisəsi qeydə alınıb.
Rubrika.Az xəbər verir ki, beləliklə, Ukraynada COVID-19 səbəbilə ölənlərin sayı 5 302-yə çatıb.
Yoluxanlar isə daha 5 062 nəfər artaraq 281 239-a yüksəlib.
Qeyd edək ki, Ukraynada 119 650 xəstə sağalıb, 156 287 nəfər isə hələ də virusa qarşı mübarizə aparır. Ukraynada ümumilikdə tətbiq olunan COVID-19 test sayı isə 2 665 154-dür.
Rubrika.Az
Facebook-da paylaş











