Virus Ermənistanı cənginə alıb - 1 371 yeni yoluxma
![]()
Ermənistanda koronavirusa yoluxma rekord həddə çatıb.
Rubrika.Az xəbər verir ki, gün ərzində 1 371 nəfərə COVID-19 diaqnozu qoyulub ki, bu da bugünədək Ermənistanda qeydə alınan ən yüksək gündəlik yoluxma faktdır. Beləliklə, ölkədə ümumi yoluxanların sayı 59 995-ə çatıb.
Virus səbəbilə həyatını itirənlər isə 7 nəfər artaraq 1 046-ya yüksəlib.
Bildirək ki, hazırda müharibə şəraitində olduğumuz Ermənistanda 11 830 aktiv virus daşıyıcısı var.
Rubrika.Az
Facebook-da paylaş








