Rusiyanın Ermənistandakı səfiri terrorçu erməni partiyası rəhbərlərini qəbul etdi...
![]()
Belə bir qəbul Qarabağda savaş başlanmamışdan cəmi 5 gün öncə - sentyabrın 22-də də olmuşdu...
Dünən - oktyabrın 15-də Rusiyanın işğalçı Ermənistandakı səfirliyində Ermənistanın formaca siyasi, mahiyyətcə terrorçu “Erməni İnqilabi Federasiyası”, yəni “Daşnaksütyun” partiyasının rəhbər nümayəndələri qəbul edilib.
Moderator.az xəbər verir ki, qəsbkar ölkə saytlarının terrorçu partiyanın mətbuat xidmətinə istinadla yaydığı məlumata görə, “Daşnaksütyun” Bürosunun sədri Armen Rustamyan və Büro nümayəndəsi Akop Ter-Xaçaturyan Rusiya Federasiyasının Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopirkin ilə görüşüb.
“Görüşdə tərəflər Qarabağdakı müharibədən bəhs edib, bölgədəki siyasi hadisələr barədə fikir mübadiləsi aparıb, Ermənistan-Rusiya münasibətlərinə toxunublar” – “Daşnaksütyun”un yaydığı məlumatda belə deyilir.
Xatırladaq ki, Şimal qonşumuzun düşmən ölkədəki səfiri cənab S. Kopırkin Qarabağda Ermənistanın təxribatı nəticəsində hərbi əməliyyatlar başlanmamışdan cəmi 5 gün öncə - sentyabrın 22-də də "Daşnaksütyun"un rəhbər üzvlərini qəbul etmişdi...
P.S. Əslində daşnak ermənilər tərəfindən Rusiya dövlətinin nümayəndəsinə hansı yalvarışlar edildiyini, Azərbaycana, Türkiyəyə qarşı hansı hiylə, təxribat planlarının müzakirə edildiyini Allah bilir…
P.P.S. İnşallah, Azərbaycan xalqının dövlət və ordu ətrafındakı sarsılmaz birliyi, eləcə də Azərbaycan-Türkiyə qardaşlığı qarşısında artıq heç bir düşmən hiyləsi, təxribatı baş tutmayacaq…
Rubrika.Az
Facebook-da paylaş














