Mehriban Əliyeva: "Bayrağımız suveren, qüdrətli Azərbaycan səmasında əbədi dalğalansın!"
![]()
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva instaqram hesabında Bayraq Günü ilə bağlı paylaşım edib.
Rubrika.Az-ın xəbərinə görə, paylaşımda deyilir:
"Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə bütün həmvətənlərimizi səmimi-qəlbdən təbrik edirəm! Bizim qəlblərimiz öz bayrağımıza və Vətənimizə görə həmişə qürur hissi ilə dolu olacaq! Qoy bizim üçrəngli bayrağımız suveren, qüdrətli Azərbaycan səmasında əbədi dalğalansın!"![]()
Rubrika.Az
Facebook-da paylaş















