Bu gün Ermənistan müxalifəti parlamentin binası qarşısında aksiya keçirəcək
![]()
Ermənistan müxalifəti bu gün ölkə parlamentinin binası qarşısında növbəti etiraz aksiyası təşkil edəcək.
Bu barədə “Vətənin qurtuluşu üzrə Hərəkat”ın yaydığı bəyanatda deyilir.
"Əziz həmvətənlər, Ermənistan Respublikasının vətəndaşları bu gün (dünən-red) ölkənin bütün ərazisi üzrə vətəndaş itaətsizliyi aksiyaları keçirdik. Sabah (bu gün-red) eyni ruhda davam edirik. Eyni qətiyyətlə. Saat 16:00-da Ermənistan Milli Məclisinin binası qarşısında görüşürük və xalqın iradəsini hakim rejimə qarşı tətbiq edirik. Vətənimizi birlikdə xilas edəcəyik!", - deyə müxalifətin yaydığı bəyanatda qeyd edilib.(report.az)
Rubrika.Az
Facebook-da paylaş












