Bakıda toy etmək istəyənlər saxlanıldı
![]()
Paytaxt ərazisində restoranların birində toy etmək istəyən şəxslər saxlanılıb.
Rubrika.Az xəbər verir ki, Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 31-ci Polis Bölməsi (PB) əməkdaşları rayonu ərazisində “Xonça” restoranında təşkil edilən toy mərasiminin keçirilməsinin qarşısını alıb.
Məlumata görə, toy mərasiminin təşkilatçı və 60-a yaxın şəxs saxlanılaraq 31-ci PB-nə gətiriliblər. Hazırda karantini pozan həmin şəxslərin barəsində qanunauyğun olaraq tədbir görülür.
Rubrika.Az
Facebook-da paylaş







