Yerevanda saxlanılan etirazçıların sayı 42-yə çatıb
![]()
Ermənistanın paytaxtı Yerevanda etiraz aksiyaları zamanı saxlanılanların sayı 42-yə çatıb.
Rubrika.Az-ın yenisabah.az-a istinadən məlumatına görə, Ermənistan Polisinin Mətbuat Xidməti bildirib ki, sözgedən 42 nəfər şəxs polis əməkdaşının qanuni tələblərinə cavab verməməklə Cinayət Məcəlləsinin uyğun maddəsini pozduqları üçün saxlanılıblar.
Qeyd edək ki, dekabrın 10-da hökumət binası qarşısında baş nazir Nikol Paşinyanın istefası tələbilə etiraz aksiyası keçirilib. Aksiya zamanı hökumət binasının qarşısına toplaşan etirazçılar iclasa daxil olmağa cəhd göstərib. Bu zaman onlarla polis arasında qarşıdurma yaranıb.
Rubrika.Az
Facebook-da paylaş















