Şok: Avropa ölkələri İngiltərə təyyarələrinin enməyinə icazə vermir
![]()
İngiltərədə meydana gələn yeni növ koronavirus səbəbilə Avropada fövqəladə tədbirlər görülməyə başlayıb.
Rubrika.Az yenisabah.az-a istinadla xəbər verir ki, Niderlandda İngiltərə hava yollarına məxsus “British Airways”in havadakı təyyarələrinə eniş icazəsi verilməyib.
Qeyd edək ki, Almaniya İngiltərə ilə gecə 00:00-dan etibarən uçuşları dayandıracağını açıqladığı halda, Niderland tərəfindən bu cür məlumat verilməmişdi. Nəticədə Amsterdam vasitəsilə ikinci uçuşu həyata keçirməli olan şəxslərin səfəri təxirə düşüb. İngiltərə təyyarələri boş geri qaytarılıb. Niderland təyyarələri isə İngiltərədən geri çağırılıb.
Bildirək ki, Türkiyə, İtaliya, Belçika, Almaniyadan sonra Rumıniya da Covid-19-un mutasiyaya uğramasından sonra İngiltərə ilə uçuşların dayandırıldığını elan edib.
Rubrika.Az
Facebook-da paylaş














