İngiltərə Premyer Liqasının başlama tarixi bilinib
![]()
İngiltərə Premyer Liqasının təxmini başlama tarixi müəyyənləşib.
Rubrika.Az saytının xarici mətbuata istinadən məlumatına görə, Premyer Liqa rəhbərliyi iyunun 8-də oyunları bərpa etməyi planlaşdırır.
Sabah qurum rəhbərliyi videokonfrans keçirəcək və ardından bu məsələ klublara bildiriləcək. Hazırkı duruma əsasən yarışın bərpa tarixi 8 iyundur. Komandalara mayın 18-dən məşqlərə başlamaq icazəsi veriləcək.
Qeyd edək ki, İngiltərə Premyer Liqası XXIX turdan sonra koronavirus pandemiyasına görə dayandırılıb.
Rubrika.Az
Facebook-da paylaş











