“Gələn il əhalinin mavi yanacaqla təminatı yaxşılaşacaq“ - Ekspert
![]()
"Azərbaycanda qaz təchizatı ilə bağlı bəzi öhdəliklər Baş nazirin imzaladığı qərarla, 2021-ci ilin yanvar ayının 1-dən etibarən yeni yaranan Azərbaycan Respublikasının Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinə həvalə edilib. 2021-ci ilin yanvar ayının 1-dən etibarən Azərbaycan Respublikasında daxili bazarda təbii qazın qaz istehsalçılarından satın alınması, onun nəqlinin, ölkədaxili paylayıcı və istehlakçılara satışının təşkili ilə "Azərkontrakt" ASC məşğul olacaq".
Rubrika.Az yenisabah.az-a istinadla xəbər verir ki, bunu neft məsələləri üzrə ekspert Zəfər Vəliyev deyib. O qeyd edib ki, Bu qərar ölkənin dayanıqlı qaz təchizatının təmin edilməsinə, abonentlərə vaxtında sabit təzyiqli və təsdiq edilmiş standartlara (istehsalçı ilə bağlanmış müqavilənin şərtlərinə əsasən) uyğun keyfiyyətli qaz təchizatına təkan verəcəkdir: "Eyni zamanda, daxili istehlaka yönəldilmiş (əhali və sənaye qrupu) qaz həcmlərinin illik dəqiq uçotuna, qaz infrastrukturunda (qaz nəql sistemi və yeraltı qaz anbarları) texniki sərfiyyat və itkilərin (İqtisadiyyat Nazirliyinin müəyyən etdiyi normaya uyğun) dəqiq uçotuna aydınlıq gətiriləcək".
Ekspert bu barədə bir neçə il əvvəl təkliflər irəli sürdüyünü də diqqətə çatdırıb.
Rubrika.Az
Facebook-da paylaş












