"Bu il Azərbaycanda inflyasiya 4% civarında olacaq" - Elman Rüstəmov

Azərbaycan Mərkəzi Bankının (AMB) dekabrda yenilənmiş proqnozlara görə, ölkədə inflyasiyanın 2021-ci ildə 4% diapozonunda formalaşacağı gözlənilir.
Rubrika.Az-ın məlumatına görə, bu barədə faiz dəhlizinin parametrlərinə dair onlayn mətbuat konfransında çıxış edən AMB-nin sədri Elman Rüstəmov deyib.
Onun sözlərinə görə, bu, fiskal stimullaşdırılma və istehlakın bərpası ilə bağlıdır.
Xatırladaq ki, 2020-ci ildə Azərbaycanda inflyasiya 2,8% təşkil edib.
Rubrika.Az
Facebook-da paylaş











