DSMF-nin büdcəsi 161 milyon manat artırılır
![]()
..Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gələn il üzrə büdcəsi məlum olub.
Rubrika.az Qaynarinfo-a istinadən xəbər verir ki, bu, "Sosial təminatı və sosial müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2022-ci il büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, 2022-ci ildə DSMF-nin gəlirləri və xərcləri 5 306,77 milyon manat təşkil etməlidir. Bu isə 2021-ci ilin təsdiq olunan proqnozu ilə müqayisədə 160,74 milyon manat və yaxud 3,1% çoxdur.
Xatırladaq ki, bu il Fondun gəlirləri və xərcləri 5 146,03 milyon manat proqnozlaşdırılıb.
Rubrika.az
Facebook-da paylaş








