Məhkəmə Nikola Sarkozinin həbsi barədə qərar verib

Paris Məhkəməsi Fransanın sabiq Prezidenti Nikola Sarkozinin azadlıqdan məhrum edilməsi barədə qərar verib.
Rubrika.az-ın xəbərinə görə, bu barədə “France Press” agentliyi məlumat yayıb.
Hökmə əsasən, N. Sarkozi cəzasının bir ilini həbsxanada, yerdə qalan iki ilini şərti olaraq çəkəcək.
Sabiq Prezident korrupsiyada və vəzifədən sui-istifadədə ittiham olunur.
Rubrika.az
Facebook-da paylaş











