İŞİD-in 1.6 milyon dollarlıq xəzinəsi tapıldı
![]()
İraq təhlükəsizlik qüvvələri Mosulda bir evin dağıntıları altından İŞİD terror qruplaşmasına məxsus 1.6 milyon dollar dəyərində qızıl-zinət əşyaları aşkar edib.
Rubrika.Az xəbər verir ki, bu barədə “Şəfəq Nyus” portalı məlumat yayıb.
Məlumata görə, qızıl-zinət əşyaları uzun müddət İŞİD terrorçularına məxsus olub və onlara məxsus xəzinədə saxlanılıb.
Bildirilir ki, qiymətli metallar terrorçular tərəfindən yerli əhalidən zorla alınıb.
Rubrika.az
Facebook-da paylaş













