Trampdan Ruhaniyə sərt xəbərdarlıq: "ABŞ-ı heç vaxt təhdid etmə, yoxsa bunun ən ağır sonuncuna qatlanarsan"

"Bir də ABŞ-ı heç vaxt təhdid etmə, yoxsa tarixdə bəziləri kimi bunun ən ağır sonuncuna qatlanarsan".
Rubrika.az Mia.az-a istinaden xəbər verir ki, bu sözləri "Tvitter" səhifəsində ABŞ prezidenti Donald Tramp İran prezidenti Həsən ruhanının təhdidinə cavab olaraq yazıb.
Tramp bildirib ki, ABŞ belə təhdidlərə səbr göstərməyəcək: "Biz sizin axmaq təhdidlərinizə səbr göstərəcək ölkə deyilik. Ehtiyatlı olun”.
Qeyd edək ki, bir neçə hgün əvvəl Ruhani ABŞ-ı təhdid edərək, "Odla oynamamağa" çağırıb: "Odla oynamayın, çünki buna görə peşman olacaqsız. Siz İranın maraqları və təhlükəsizliyinə qarşı heç bir maneə törədə bilməzsiniz. İranla sülh ümumi dünya ilə sülhün açarıdır, İranla müharibə isə digər müharibələrin açarı olacaq. Təhdidlər İran xalqını daha da bir edir. Biz istənilən halda ABŞ-ın planlarını alt-üst edəcəyik".
Rubrika.az
Facebook-da paylaş












