Səhhəti ağırlaşan Mətanət barədə yeni xəbər
![]()
Koronavirusa yoluxan Əməkdar artist Mətanət İsgəndərli dünən reanimasiyadan palataya yerləşdirilib.
Rubrika.az lent.az-a istinadən xəbər verir ki, bu barədə müğənninin bacısı Təranə İsgəndərli məlumat verib:
"Mətanət xanımın vəziyyəti çox ağır idi. Özünü çox pis hiss edirdi. Şükürlər olsun, əvvəlkinə baxanda, indi bir az normaldır. Amma özü çox zəifləyib, heysizdir. Müalicəsini palatada davam etdirir".
Rubrika.az
Facebook-da paylaş














