Ərdoğan NATO sammitindən sonra Bakıya gələcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Belçikada NATO sammitinə qatılacaq, ardınca isə Bakıya gələcək.
Bu barədə “Son Dakika” xəbər verib.
Məlumata görə, Türkiyənin dövlət başçısı iyunun 13-14-də Bürüsseldə NATO sammitində iştirak edəcək və ABŞ Prezidenti Co Bayden ilə görüşəcək.
Brüssel sammitindən sonra isə o, iyunun 14-16-da Bakıda səfərdə olacaq.
Rubrika.Az
Facebook-da paylaş













