• Mikayıl İsmayılov kimi peşəkar kadra qarşı çirkin kampaniya: yalan informasiya terrorunu dayandırın! - cəmiyyətdən sərt çağırış...

    Mikayıl İsmayılov kimi peşəkar kadra qarşı çirkin kampaniya: yalan informasiya terrorunu dayandırın! - cəmiyyətdən sərt çağırış...

    İnternet mediasının və sosial şəbəkənin sürətlə yayımı elə mərhələyə gəlib çıxıb ki, indi istənilən şəxsi linç etmək, ona total hücum təşkil eləmək, ələxüsus həmin adam vəzifəli olanda onu informasiya terroruna məruz qoymaq ən adi işə, hətta vərdişə çevrilib.

    Bundan qaçmaq, yalanın ayaq tutub yeriməsindən yayınmaq olduqca çətinləşib. Yəni elə bağırırlar ki, qulaq batır, elə həşir qoparırlar ki, kimin həqiqəti, kimin yalanı söylədiyini müəyyən etmək olmur.
    Rubrika.Az yazır ki, son günlər belə qara piarla, çirkin kampaniyayla, böhtan şəbəkəsiylə üzləşən dövlət xadimlərindən biri SOCAR-ın vitse-prezidenti Mikayıl İsmayılovdur.
    M.İsmayılov gənc mütəxəssis kimi əmək fəaliyyətinə Neft Daşlarında başlayıb. Belə desək, zəhməti və biliyi ilə sıfırdan karyerasını qurmuş kadrlardan biridir.
    O, heç də məmur balası, milyonçu kişinin oğlu olmayıb ki, bu yüksək vəzifəyə də onun sayəsində qalxsın. Əslində belə mütəxəssisləri gərək əlimizdə gəzdirək, nümunəvi məmur kimi cəmiyyətə təqdim edək.
    Əfsuslar olsun ki, tamamilə əks bir hücum - Mikayıl İsmayılov cənablarına qarşı əsassız, dəlilsiz-sübutsuz bir linç başladılıb.
    İstər bir ağsulu kimi həmyerlilərin hər zaman qayğısına qalan, onların problemlərinə həssas yanaşan, doğma rayonunda, o cümlədən Azərbaycan ictimai həyatında, o cümlədən dövlət rəhbərliyi qarşısında böyük hörmətə-izzətə, rəğbətə malik olan SOCAR-ın vitse-prezidentinə qarşı haqsız kampaniya aparılır.
    Bu qaralama, şərləmə və gözdənsalma hücumları ilə M.İsmayılovu nüfuzdan salmağa, onun cəmiyyətdə, ölkə rəhbərliyi önündə reputasiyasını zədələməyə çalışanlar ortalığa tutarlı fakt və arqument qoya da bilmirlər. Belə ki, onun məhkəməyə müraciət etdiyini, jurnalisti tutdurmaq iddiasında olduğu bildirənlər M.İsmayılovun barəsində yalan məlumatları tirajlamaqdadırlar. Ölkənin neft sektorunda mühüm işlərini, öz sahəsində fəaliyyətini davam etdirən SOCAR-ın vitse-prezidentinin iş-gücünü bir kənara qoyub hansısa lüzumsuz məsələlərə ayırmağa vaxtı belə yoxdur. Digər tərəfdən Azərbaycanın aparıcı və sanballı, peşəkar media nümayəndələri də təsdiqləyər ki, M.İsmayılov hər zaman mətbuata, jurnalistlərə, onların peşəsinə hörmətlə yanaşıb, hətta obyektiv tənqid olanda belə bunu anlayışla qarşılayıb.
    Amma son vaxtlar ölkənin strateji əhəmiyyətli dövlət şirkətində yüksək vəzifədə təmsil olunan M.İsmayılovun ünvanına şər-böhtan, yalan-palan xəbərlər yazanlar həm də bununla dünyada prestijli imici olan SOCAR-ı gözdən salmaqda, onun nüfuzuna xələl gətirməkdədirlər.
    Ümumiyyətlə, bu günə qədər M.İsmayılov haqda olmazın şər-şəbədə, saxta və şişirdilmiş, fantaziyalar əsasında çoxlu məlumatlar yayıblar.
    Və heç biri təsdiqlənməyib, hər hansı foto və ya video sübut ortaya qoyulmayıb. Əgər hansısa jurnalistlərin “araşdırması”nda, iddialarında həqiqət payı olsaydı, bununla bağlı hüquq-mühafizə orqanları yoxlama aparardı. Deməli, qaralamadır, gözdənsalmadır.
    Halbuki Mikayıl İsmayılovun SOCAR-da apardığı islahatlar və onun çalışdığı müddət ərzində Ağsu rayonunda etdiyi dəyişikliklər, inkişaf istiqamətində gördüyü işlərdən heç kim yazmır.
    Ağsuda son günlərdə məktəblərin təmiri, əhalinin bir sıra şikayətlərinə baxılaraq onların problemlərinin həll edilməsi - su kanalizasiya sisteminin çəkilməsi, küçələrin asfaltlanması və digər görülən abadlıq işlərindən çox misal gətirmək olar.
    Rubrika.Az-ın apardığı araşdırmalar, həm Ağsuda, həm Bakıda keçirdiyi sorğular zamanı da aydın oldu ki, M.İsmayılovun el-obasında, o cümlədən cəmiyyətdə çox böyük hörməti, xeyirxah, vətənpərvər biri olaraq dəyəri, neft mütəxəssisi kimi xüsusi yeri var. Ağsu sakini Füzuli Əliyevlə söhbətimiz zamanı bildirdi ki, M.İsmayılov rayonun fəxri, vətənpərvər oğulu kimi hər zaman öz rayonuna diqqət, qayğı göstərib.
    Onun sözlərinə görə, M.İsmayılov rayonda şəhid ailələrinə, aztəminatlı ailələrə münasibətində xeyirxahlığı, qayğıkeşliyi ilə seçilib. Rayonun başqa bir sakini Namiq Kazımov da qeyd etdi ki, SOCAR-ın vitse-prezidenti postunda həmyerlilərinin olması ilə qürur duyurlar.
    N.Kazımov dedi ki, M.İsmayılov hər zaman rayonun problemlərinə diqqət göstərib, ehtiyacı olan insanlara kömək edib, əməliyyata imkanı olmayanlara maddi dəstək verib.
    Paytaxt ərazisində keçirdiyimiz sorğu zamanı da Bakı sakini Adil Hüseynov bildirdi ki, M.İsmayılovu ixtisaslı və peşəkar kadr kimi tanıyır. Onun sözlərinə görə, SOCAR-ın vitse-prezidenti barəsində heç zamanda neqativ söz eşitməyib, pis əməlinə şahid olmayıb:
    “Əksinə, Mikayıl müəllim səxavətli, yardımsevər bir insandır. Onun cəmiyyətdə nüfuzu hər zaman bir məmur kimi yüksək olub, adı xoşagəlməz işlərdə hallanmayıb. Eyni zamanda SOCAR-da da böyük hörmət sahibidir. Kollektivdə səmimi, mülayim, işinə düzgün və professional yanaşan adamdır. Ona görə Mikayıl müəllim bu günə kimi heç kəsin haqqını pozmayıb”.
    Onu da bildirmək lazımdır ki, Mikayıl İsmayılov haqda qarayaxma və böhtan xarakterli yazılar təqdim etməklə onun imicinə xələl gətirmək cəhdləri gülüş doğurur. Ancaq bu şəxslər birdəfəlik bilməlidirlər ki, Mikayıl İsmayılov dövlət qulluğunda şərəflə çalışır. Prezidentinə və xalqına layiqli olmaqla yanaşı öz həyatlarını şərəfli işlərə həsr edir.
    Mikayıl İsmayılov yüksək insanlığı ilə seçilən bir insan və SOCAR-ın vitse-prezidentidir. Mikayıl İsmayılov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun SOCAR-ın vitse-prezidenti kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır. Odur ki, onun kimisə məhkəməyə verməsi, həbsini istəməsi, xırda işlərə baş qoşması nə xarakterinə, nə tutduğu vəzifəsinə yaraşar. Bu informasiya terroruna, cəmiyyətdə nüfuzu və dəyəri olan bir peşəkar dövlət məmuruna qarşı kampaniyaya son qoymaq lazımdır!
    Onun haqqında daha nələr yazmırlar, guya milyardları, saysız-hesabsız malikanələri var. Ancaq heç birini çıxarıb ortaya qoyan, sübut edən yoxdur. Bu cəfəng iddialarla həm də mətbuatı, obyektiv jurnalistləri gözdən salırsınız, bizi məmurlar önündə arqumentsiz qoyursunuz.
    Bu yalanları dayandırmaq, beynəlxalq aləmdə böyük reytinqi olan SOCAR-ın kadrlarına qarşı gözdənsalma kampaniyasını durdurmaq zamanıdır. Çünki həm də Azərbaycanı, onun strateji əhəmiyyətli strukturunu dünyada ləkələyirsiniz. Mikayıl İsmayılov bu gün də şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına diqqəti ilə seçilən, onlara əlindən gələn köməyi əsirgəməyən, ağsululara gücü çatdığı yardımı edən bir vətənpərvər insandır.

    Günel Məmmədova
    Rubrika.Az


    Facebook-da paylaş