Türkiyədə təbii fəlakət nəticəsində ölənlərin sayı yeddiyə yüksəldi - YENİLƏNİB + VİDEO
![]()
Türkiyənin Rizə şəhərində sel suları nəticəsində həlak olanların sayı yeddi nəfərə çatıb.
Bu barədə “İhlas Haber Ajansı” (İHA) məlumat yayıb.
Qeyd edək ki, leysan yağışlardan sonra yaranan sel bəzi yaşayış evlərini tamamilə yararsız hala salıb, yollar su altında qalıb.
13:24
Türkiyənin Qara dəniz bölgəsində yerləşən Rizə şəhərində yağan aramsız yağışdan sonra sel şəhəri öz cənginə alıb.
“Demirören Haber Ajansı” (DHA) xəbər verir ki, nəticədə sel suları iki nəfərin həyatına son qoyub, altı nəfər xəsarət alıb.
Təbii fəlakət həmçinin Rize-Güneysu magistral yolunu yararsız hala salıb.
[media=https://baku.tv/az/dunyaa/41170/]
Rubrika.Az
Facebook-da paylaş








