• Şeyxə qarşı təxribatda FETÖ İZİ - Şuşa məscidində qılınan namaz çoxlarının “dəstəmazını” pozub !

    Şeyxə qarşı təxribatda FETÖ İZİ - Şuşa məscidində qılınan namaz çoxlarının “dəstəmazını” pozub !

    Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı şanlı qələbəsi bəlli dairələr tərəfindən hələ də həzm edilmir. Ölkəmiz ətrafında hər gün bir yeni çirkin oyun başladılır, müharibədə formalaşan milli həmrəyliyimizin sarsıdılması, xalq-iqtidar birliyinin zədələnməsi üçün müxtəlif projelər həyata keçirilir. Düşmən dairələrin və onların sadiq nökərləri olan “5-ci kolonun” müxtəlif təxribatları, qarayaxmaları tədricən ölkənin ən nüfuzlu şəxslərini, hətta dini liderini belə əhatə etməyə başlayıb. Məkrli bir oyun oynanılır və düşmən dəyirmanına su tökməmək üçün bu ocağın üstünə su töküb söndürmək lazımdır.
    Azərbaycan mürəkkəb coğrafiyada yerləşən çoxgedişli siyasi oyunların oynanıldığı və maraqların toqquşduğu bir ölkədir. Hələ Birinci Qarabağ savaşında uğurla həyata keçirilən və bəlli məğlubiyyətimizə gətirib çıxaran parçalanmanın acı dərslərini unutmamışıq. 44 günlük zəfər hərbimizdə dünyanın heyran qaldığı milli birliyimiz qazandığımız ən böyük qələbədir. Bütün dünya-dostumuz da, düşmənimiz də şahid oldu ki, Azərbaycan xalqı birlikdə yenilməzdir, məğlubedilməzdir. Odur ki, bəlli ssenari yenidən işə salınıb. “Ağalarının” hər əmrinə ləbbeyk deyənlər isə iş başındadırlar.

    Şeyxə qarşı təxribatda FETÖ İZİ - Şuşa məscidində qılınan namaz çoxlarının “dəstəmazını” pozub !

    Aparılan uğurlu siyasi xəttin nəticəsi olaraq Azərbaycan dünyada həm də tolerantlığın bir nümunəsidir. Bütün dinlərin və etiqadların bərabər qorunduğu ölkəmizdə bu həssas məqama elə özü qədər də həssas münasibət sərgilənir. Uzun illərdir ki, bu həssas kursun həyata keçirilməsində bütün Qafqazın şeyxi Allahşükür Paşazadənin böyük nüfuzu, gərgin əməyi xüsusi rol oynayıb. O bütün maraqların, intriqaların fövqündə duraraq əsl Allah adamı kimi bütün çirkin oyunları pozmağı bacarıb. Şeyx milli azadlıq hərəkatının ən ağır dönəmlərində də, 20 yanvar faciəsinin yaşandığı günlərdə də xalqın içərisində idi. Siyasi ambisiyaların qızışdığı, ard-arda torpaqlarımızın işğal olunduğu zamanlarda o yenə də xalqın dediyini dilə gətirirdi-şəxsi maraqlar və intriqalardan uzaq idi. Ən çətin məqamlarda-etnik və siyasi parçalanmaların qızışdığı məqamlarda belə şeyx həzrətləri milli birliyin və həmrəyliyin simvoluna çevrilməyi bacardı. Hakimiyyət dəyişiklikləri, qiyamlar, “xanlıqlar” dövründə onun xalqın birliyinin qorunmasında oynadığı tarixi rol danılmazdır!
    Şeyx təkcə dini bütövlüyün yox, həmçinin milli birliyin-hansı ki, burada dini etiqadlar heç bir rol oynamır- əsas təminatçılarından biridir. Buna onun çoxillik təcrübəsi, şəxsi nüfuzu da imkan yaradır. İslam dünyasında böyük nüfuzu Azərbaycanın haqq səsinin eşidilməsində əhəmiyyətli rol oynayıb. Məscidlərdə donuz saxlayanların dini əqidəsinə qarşı Şeyxin imanı ən kəsərli silah olub.
    Odur ki, milli birliyimizi və həmrəyliyimizi parçalamağı hədəfə alanlar ən incə, həssas nöqtədən vurmağa başlayıblar. Bütün həyatı və fəaliyyəti ilə bütöv Azərbaycan olan bir şəxsi İranın adamı olmaqda ittiham edirlər. Oğrunun bağıraraq doğrunun bağrını yarmaq istədiyi məqamlardır. Bu təkcə xalqın birliyində əsas fiqurun ləkələnməsi üçün başladılan bir oyun deyil- həm də Azərbaycanın həssas xarici siyasət kursuna və mehriban qonşuluq siyasətinə vurulan badalaqdır. Naşükürlərin Allahşükür Paşazadəyə qarşı başlatdıqları oyunun əsl mahiyyəti budur !

    Şeyxə qarşı təxribatda FETÖ İZİ - Şuşa məscidində qılınan namaz çoxlarının “dəstəmazını” pozub !

    Əslində Şeyxin müharibədən sonra Azərbaycanı beynəlxalq arenada təkləmək istəyənlərin məkrli oyunlarına qarşı etdiyi incə manevrlər çoxlarını narahat edib. Onun Şuşa səfəri və bu zaman verilən mesajlar ölkəmizin ətrafında çəmbəri daraldaraq Azərbaycanı az qala bütün qonşuları ilə üz-üzə qoymaq istəyənlərin maraqlarına uyğun gəlmir. Şuşa məscidində qılınan namaz çoxlarının “dəstəmazını” pozub !
    Oynanılan oyun o qədər məkrlidir ki, təkcə İran-Azərbaycan münasibətlərinə deyil, eləcə də qardaş Türkiyə ilə olan əlaqələrimizə də zərbə vurmağı hədəfləyir. Diqqətli olanlar oynanılan oyunda FETO izlərinə, fitnəsinə diqqət edirlər. Tanış ssenaridir- biz bunun bənzərlərini əvvəllər də görmüşük. Şeyxin bir din xadimi kimi verdiyi mesajları siyasi kontekstə çıxarmaq və bundan xarici siyasi kursumuza zərbə vuracaq bir tərzdə istifadə etmək isə dediyimiz çetenin maraqlarına xidmət edir.
    Xalqımız dini lideri olaraq Allahşükür Paşazadənin oynadığı tarixi missiyanın böyüklüyünü dəfələrlə görüb və bu gün də onunla birlikdədir. Xalqın, imanın və inamın ADAMı olan birisini kiminsə adamı olmaqda ittiham etmək absurddur! İftira atanlar baxıb görsünlər ki, kimin qucağında oturub böhtan atırlar, əlləri kimin cibindən çıxır, saatları haranın saatı ilə tutuşdurulur. Ömrünün müdrik çağlarına, ağsaqqal yaşında Şeyx yenə də əqidəsində sadiq olaraq xidmətdədir- Allaha və xalqına.
    Bu böyüklüyü dərk etməyənlər isə milçək kimi ürək bulandırmasınlar. Qonmağa yer tapsınlar !

    Nicat Mahmudov
    Rubrika.Az


    Facebook-da paylaş