Gürcüstanda koronavirusa 4 827 yeni yoluxma qeydə alınıb, 34 nəfər ölüb
![]()
Gürcüstanda son sutkada daha 4 827 nəfərin koronavirusa yoluxduğu müəyyən olunub, 34 nəfər vəfat edib.
Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Ötən 24 saat ərzində 1 895 nəfər müalicə olunaraq sağalıb.
Hazırkı dövrədək qonşu ölkədə COVID-19-a 428 670 nəfər yoluxub. Onların 388 893-ü sağalıb, 5 910-u ölüb.(report)
Rubrika.az
Facebook-da paylaş







