Tokio Olimpiadası: Turan Bayramov ikiqat dünya və dördqat Avropa çempionu ilə bacarmadı - FOTO
![]()
Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov mübarizəyə başlayıb.
Oxu.Az xəbər verir ki, 74 kq çəki dərəcəsində son anda Hacımurad Hacıyevin zədələnməsindən sonra yığmaya çağrılan Turan 1/8 finalda Vasili Mixaylova (Ukrayna) 4:2 hesabı ilə qalib gəlib.
O, 1/4 finalda Olimpiya mükafatçısı, ikiqat dünya və dördqat Avropa çempionu Frank Çamiso Markeslə (İtaliya) qarşılaşıb. Turan Kuba əsilli idmançıya 1:3 hesabı ilə uduzub.
Frank Çamiso finala çıxacağı halda, Turan Bayramov bürünc medal üçün təsəlliverici yarışa qatılacaq.
Rubrika.Az
Facebook-da paylaş











