Tokio-2020: Daha bir güləşçimiz qızıl medalsız qaldı - FOTO + YENİLƏNİR
![]()
Azərbaycanın digər güləşçisi Rafiq Hüseynovun da finala çıxmayacağı dəqiqləşib.
Oxu.Az xəbər verir ki, o, 1/4 finalda Asiya çempionu Akjol Mahmudova (Qırğızıstan) 1:9 hesabı ilə uduzub.
Akjol Mahmudov finala çıxacağı halda, idmançımız bürünc medal üçün təsəlliverici yarışa qatılacaq.
Azərbaycan güləşçiləri Tokio Olimpiadasında mübarizəyə başlayıb.
Oxu.Az xəbər verir ki, qadın güləşçimiz Elis Manolova (68 kq) 1/8 final mərhələsində onqat Afrika çempionu, Bakıda İslam Həmrəyliyi Oyunlarının qalibi olmuş Blesinq Oborududu (Nigeriya) ilə üz-üzə gəlib.
Manolova rəqibinə 2:13 hesabı ilə uduzub. Oborududu finala çıxacağı təqdirdə, Azərbaycan təmsilçisi bürünc medal üçün təsəlliverici görüşə qatılmaq imkanı əldə edəcək.
Yunan-Roma güləşində isə Rafiq Hüseynov (77 kq) dünya və Avropa mükafatçısı Aleks Byurberi Kesidislə (İsvç) qarşılaşıb. 1:1 hesabı ilə başa çatan görüşdə Rafiq son xalı qazandığı üçün 1/4 finala vəsiqə qazanıb.
İkiqat Avropa çempionumuz Rafiq Hüseynov növbəti mərhələdə Akjol Mahmudovla (Qırğızıstan) güləşəcək.
Rubrika.Az
Facebook-da paylaş









