Partlayış işləri ilə əlaqədar narahatlığa əsas yoxdur - Müdafiə Nazirliyi
![]()
Azərbaycan Ordusunun bölmələri istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının Seyfəli poliqonunda utilizasiyasını davam etdirir.
Bu barədə Rubrika.Az-a Müdafiə Nazirliyindən bildirilib.
"Aparılan partlayış işləri ilə əlaqədar bir daha əhalini təşvişə düşməməyə çağırır və bildiririk ki, narahatlığa heç bir əsas yoxdur", - nazirlikdən qeyd edilib.
Rubrika.Az
Facebook-da paylaş








