Üç nəfər xilas edildi - FHN
![]()
..Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN )üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Rubrika.az-ın Teleqraf.com-a istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 23 yanğına çıxış, 2 halda köməksiz vəziyyətdə qalma, 1 intihara cəhd və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 3 nəfər, o cümlədən Xətai rayonunda intihara cəhd edən 1 nəfər və Qəbələ rayonu ərazisində “ГАЗ” markalı yük avtomobilinin yol kənarına aşması nəticəsində deformasiyaya uğrayan avtonəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalmış sürücü xilas olunub. Həmçinin, Abşeron rayonunun Xırdalan şəhərində 1971-ci il təvəllüdlü Əfəndiyev Nofəl Ağamala oğlunun meyiti mənzildə bağlı qapı arxasında aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Rubrika.az
Facebook-da paylaş













