Gürcüstanda daha 5 553 nəfərdə COVID-19 aşkarlanıb, 47 nəfər ölüb
![]()
Gürcüstanda son sutkada koronavirusa 5 553 yeni yoluxma faktı qeydə alınıb, 47 nəfər vəfat edib.
Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Bununla da Gürcüstanda indiyədək COVID-19-a yoluxanların sayı 726 941-ə, ölənlərin sayı isə 10 136-ya yüksəlib.
Ötən 24 saat ərzində müalicə olunaraq sağalanların sayı 4 223 nəfər artaraq 669 822-yə çatıb.(report.az)
Rubrika.Az
Facebook-da paylaş










