Qazaxıstan səfirliyi Azərbaycan xalqını təbrik etdi
![]()
..Qazaxıstanın Azərbaycandakı səfirliyi Azərbaycan xalqını 8 Noyabr-Zəfər Günü münasibətilə təbrik edib.
Rubrika.az Teleqraf.com-a istinadən xəbər verir ki, diplomatik nümayəndəliyin yaydığı təbrik mətnində deyilir.
"Qazaxıstan səfirliyinin kollektivi bütün qardaş Azərbaycan xalqını tarixi hadisə - Zəfər Gününün birinci ildönümünün sevinclə qeyd edilməsi və qarşıdan gələn milli bayramlar - Azərbaycanın Dövlət Bayrağı Günü və Konstitusiya Günü münasibətilə ürəkdən təbrik edir. Səmimi qəlbdən hər kəsə sülh, xoş günlər, əmin-amanlıq, bütün işlərdə böyük nailiyyətlər və uğurlar arzulayırıq!".
Rubrika.az
Facebook-da paylaş











