Hirkan Milli Parkında yanğın oldu
![]()
..Hirkan Milli Parkında (Astara rayonu ərazisi) baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Rubrika.az Teleqraf.com-a istinadən xəbər verir ki, yanğın nəticəsində təqribən 1 ha sahədə xəzəl və qurumuş ağac kötükləri yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub.
Qeyd edək ki, yanğınsöndürmə işləri mürəkkəb relyef şəraitində aparılıb, əsasən əl əməyindən istifadə olunub.
Rubrika.az
Facebook-da paylaş











