91 mülki şəxs qətlə yetirilib, 405 nəfər isə yaralanıb - Baş Prokurorluq
![]()
Azərbaycanın Baş Prokurorluğu Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb.
Rubrika.Az xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində sentyabrın 27-dən indiyədək 91 mülki şəxs qətlə yetirilib, 405 nəfər isə yaralanıb.
Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 461, çoxmənzilli yaşayış binalarının sayı 97, yaşayış evlərinin sayı isə 2 488-dir.
Rubrika.Az
Facebook-da paylaş











