İrəvanda qanlı “razborkalar”: kriminal avtoritet öldürülüb

“Kanakertsi Tui” ləqəbli kriminal avtoritet Artur Qazaryan İrəvanda qanlı qarşıdurma zamanı öldürülüb. Bu barədə “Shamshyan.com” xəbər verir.
Qəzetin məlumatına görə, polisə dünən gecə saat 02:50 radələrində paytaxtın Kanaker məhəlləsindəki evlərdən birində atəş açıldığı barədə siqnal daxil olub.
Hadisə yerinə yüksək rütbəli güc strukturların əməkdaşları gəlib.
Polis və müstəntiqlər evdə iki kişinin cəsədini aşkar ediblər. Sonra məlum olub ki, daha iki nəfər xəstəxanaya aparılarkən yolda ölüb.
Hadisə yerindən bir neçə atıcı silah, güllələr, bıçaq və qan izləri aşkar edilib. Mənbənin sözlərinə görə, öldürülənlərdən biri “Kanakertsi Tui” ləqəbli kriminal avtoritet Artur Qazaryandır və atışmanın baş verdiyi ev keçmiş deputatlardan birinə məxsusdur.
Faktla bağlı araşdırmalara başlanılıb. Ölənlərin qalan hissəsinin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər görülür.(virtualaz.org)
Rubrika.Az
Facebook-da paylaş














